"AYB Kitab"ın Samuxda stendi açılacaq

"AYB Kitab"ın Samuxda stendi açılacaq Bu stend "AYB Kitab"ın bölgədə açılan ilk stendi olacaq
Ədəbiyyat
19 Fevral , 2015 14:36
AYB Kitabın Samuxda stendi açılacaq

Bakı. 19 fevral. REPORT.AZ/ "Fevralın sonuna qədər "AYB Kitab"ın Samux rayonunda ilk stendinin açılışı olacaq".

Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza açıqlama verib.

Onun sözlərinə görə, AYB-nin ilk stendində "AYB Kitab" evində nəşr edilən kitablar sərgilənəcək.

Xəyal Rza belə stendlərin bölgələrdə açılmasının təbliğat baxımından çox lazımlı olduğunu vurğulayıb.

Qeyd edək ki, "AYB Kitab"ın bölgədə açılacaq ilk stendinin təşkilatçıları Heydər Əliyev Mərkəzi və Yazıçılar Birliyidir. 

Son xəbərlər

Orphus sistemi