AYB Ağsaqqallar Şurasına yeni sədr seçiləcək

AYB Ağsaqqallar Şurasına yeni sədr seçiləcək Yeni sədri AYB-nin İdarə Heyəti seçəcək
Ədəbiyyat
12 Fevral , 2015 13:01
AYB Ağsaqqallar Şurasına yeni sədr seçiləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçki mərhum sədr Vaqif Səmədoğlunun 40 mərasimindən sonra keçiriləcək.

Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza bildirib.

O xatırladıb ki, xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra Ağsaqqallar Şurasının sədri vəzifəsi boş qalıb.

"Vaqif Səmədoğlunun 40 mərasimindən sonra Yazıçılar Birliyinin İdarə Heyətinin toplantısı olacaq. Ağsaqqallar Şurasının yeni sədri həmin toplantıda seçiləcək", - X.Rza əlavə edib.

Xatırladaq ki, xalq şairi Vaqif Səmədoğlu yanvarın 28-də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi