​Ankarada Cavad Heyətin xatirəsinə həsr olunan konfrans keçirilib

​Ankarada Cavad Heyətin xatirəsinə həsr olunan konfrans keçirilib Toplantıda onun əsərləri, barəsində yazılmış monoqrafiyalar və "Varlıq" dərgisi sayları sərgilənib
Ədəbiyyat
6 May , 2015 14:28
​Ankarada Cavad Heyətin xatirəsinə həsr olunan konfrans keçirilib

Bakı. 6 may. REPORT.AZ/ "Türk dilinin varlığı 5-ci Türkologiya günü" münasibətilə Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsinin Fərabi salonunda tanınımış alim, ictimai xadim doktor Cavad Heyətin xatirəsinə həsr edlən elmi-konfrans keçirilib. "Report" xəbər verir ki, tədbirdə Türkiyə universitetləri və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri iştirak edib.

Çıxış edənlər doktor Cavad Heyətin şəxsiyyəti, türkologiya sahəsindəki fəaliyyəti, xüsusilə İran-Azərbaycan türklərinə yönəli əvəzsiz xidmətlərindən danışıblar.

Konfransın açılışında doktor Rıza Heyət, Dil və Tarix-Coğrafiya fakültəsinin dekan müavini professor Gülsün Leyla Uzun, Çağdaş türk ləhcələri və Ədəbiyyatı bölümünün rəhbəri professor, doktor Səma Barutcu Özöndər çıxış edib.

Daha sonra konfrans iki ayrı bölümdə davam etdirilib.

Professor Zeynəb Korkmazın sədrliyi ilə keçirilən birinci bölümdə professor Əhməd Bican Ərcilasun, alimlər Sonel Bosnalı, Pərvanə Məmmədli doktor Cavad Heyətin şəxsiyyəti və türk dünyasındakı önəmli yeri, İranda standart türk dilinin təşəkkülündəki rolu və onun ədəbi fəaliyyəti haqda məruzələr oxuyublar.

İkinci bölüm Əhməd Bican Ərcilasunun sədrliyi ilə keçirilib. Bu bölümdə alimlər Artum Dinç, Babək Cavanşir və Rıza Heyət İranda farslaşdırma siyasəti, orada yaşayan türklərin etno-sosial quruluşu və İranda türk yazılı dilinin inkişafı prosesi mövzularında çıxış ediblər.

Toplantıda doktor Cavad Heyətin əsərləri, barəsində yazılmış monoqrafiyalar və "Varlıq" dərgisinin sayları sərgilənib. 

Son xəbərlər

Orphus sistemi