Anar: "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin Türkiyədə keçirilməsini istəyirəm"

Anar: "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin Türkiyədə keçirilməsini istəyirəm" "Belə qarşılıqlı ədəbi-bədii tədbirlərin olması hər iki qardaş ölkəyə fayda verər"
Ədəbiyyat
10 Dekabr , 2014 14:55
Anar: Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin Türkiyədə keçirilməsini istəyirəm

Bakı.10 dekabr. REPORT.AZ/  "2015-ci ildə görkəmli türk dramaturqu Haldun Tanerin 100 illik yubileyidir. Haldun Taner mənim çox bəyəndiyim yazıçıdır. Gələn il Azərbaycanda onun yubileyini qeyd etmək yaxşı olardı".

Bunu "Report"a açıqlamasında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

AYB sədri xatırladıb ki, 2015-ci ildə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyidir: "Mən istəyirəm ki, Bəxtiyar Vahabzadənin yubileyi Türkiyədə, Haldun Tanerin 100 illik yubileyi isə Bakıda keçirilsin. Belə qarşılıqlı ədəbi-bədii tədbirlərin olması hər iki qardaş ölkəyə fayda verər".

Son xəbərlər

Orphus sistemi