AMEA-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq

AMEA-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınacaq
Ədəbiyyat
26 İyul , 2016 16:53
AMEA-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq

Bakı. 26 iyul. REPORT.AZ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) xalq şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunacaq.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ilin payızında AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınacaq, “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində”, “Tənqidin Səməd Vurğun hədəfi”, “Səməd Vurğun dramaturgiyasında müəllif problemi”, “Səməd Vurğun və teatr”, “Səməd Vurğunun dili” mövzularında məruzələr dinləniləcək.

Son xəbərlər

Orphus sistemi