Azərbaycanlı alimin yubileyi qeyd ediləcək

Azərbaycanlı alimin yubileyi qeyd ediləcək Tədbir Milli Dram Teatrında olacaq
Ədəbiyyat
9 Aprel , 2015 10:41
Azərbaycanlı alimin yubileyi qeyd ediləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək.

"Report" xəbər verir ki, Nizaməddin Şəmsizadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi kimi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
1985-ci ildə SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür.1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedaqoji fəaliyyətini davam etdirib.

2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

Son xəbərlər

Orphus sistemi