​Zaqatalada “Azərbaycan multikulturalizmi: Keçmişdən Günümüzə” adlı tədbir keçirilib

​Zaqatalada “Azərbaycan multikulturalizmi: Keçmişdən Günümüzə” adlı tədbir keçirilib Tədbirdə Quran və hədislərdən mövzu ilə bağlı sitatlar da gətirilib
Din
13 Aprel , 2016 16:53
​Zaqatalada “Azərbaycan multikulturalizmi: Keçmişdən Günümüzə” adlı tədbir keçirilib

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyəti və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin dəstəyi ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində “Azərbaycan multikulturalizmi: Keçmişdən Günümüzə” adlı tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Universitetin müəllim və tələbələri, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev, Zaqatala rayonunda fəaliyyət göstərən din xadimləri iştirak ediblər.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov tədbiri giriş sözü ilə açaraq “Multikulturalizm ili” çərçivəsində Komitənin bu sahədəki fəaliyyətini, Azərbaycanda çoxmədəniyyətliliyin tarixinin çox qədim dövrlərə qədər gedib çıxdığını iştirakçıların nəzərinə çatdırıb. Mehman İsmayılov, həmçinin, bu gün də keçmişimizdən bizə miras qalan bu dəyərlərin dövlətimiz tərəfindən qorunduğunu və daha da inkişaf etdirildiyini qeyd edib.

İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov isə İslam dininin multikulturalizmə yanaşmasından bəhs edərək Quran və hədislərdən mövzu ilə bağlı sitatlar gətirib. Sonda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev Zaqatala rayonunda mövcud olan multikulturalizm ənənələrindən bəhs edib.

Son xəbərlər

Orphus sistemi