Ucar rayonunun Çiyni kəndində maarifləndirici tədbir keçirilib

Ucar rayonunun Çiyni kəndində maarifləndirici tədbir keçirilib Multikultural cəmiyyətdə dini icmaların və dindarların rolu qabardılıb
Din
2 Aprel , 2016 17:00
Ucar rayonunun Çiyni kəndində maarifləndirici tədbir keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Multikultural cəmiyətdə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Zaur Eyvazov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Azərbaycanda müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını bildirib. O, xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını deyib. Əzim Rəfiyev multikultural cəmiyyətdə dini icmaların və dindarların rolundan danışıb.

Son xəbərlər

Orphus sistemi