​Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri QMİ sədrinə məktub yazıb

​Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri QMİ sədrinə məktub yazıb "Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayıram"
Din
23 Aprel , 2016 07:03
​Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri QMİ sədrinə məktub yazıb

Bakı. 23 aprel. REPORT.AZ/Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

Bu barədə "Report"a QMİ-dən bildirilib.

Məktubda deyilir: “Vətən uğrunda şəhid düşən can Azərbaycan əsgərlərinə Cənabi-Haqqdan rəhmət diləyirirəm. Vətəninin parçası olan Qarabağ torpaqlarını geri almağa tam haqqı olan Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayır, bir daha belə acıların yaşanmamasını, ocaqlara atəşin düşməməsini niyaz edirəm. 24 il sonra qəhrəmancasına döyüşərək geri alınan bəzi strateji bölgələrdə yenidən dalğananan şanlı Azərbaycan bayrağının bu torpaqlarda yüksəlməsi münasibətilə məmnuniyyətimi bildirir, Sizə səmimi salamlarımı və ehtiramımı çatdırıram.”

Son xəbərlər

Orphus sistemi