​Türkiyə müsəlmanların Həcc ibadətinin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək

​Türkiyə müsəlmanların Həcc ibadətinin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək Mehmet Görməz: "Qəzalar işlərimizi daha etibarlı həyata keçirməyin vacibliyini ortaya qoyur"
Din
22 Sentyabr , 2015 00:19
​Türkiyə müsəlmanların Həcc ibadətinin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ ''Qəzaya səbəb fırtına və şimşək ola bilər. Amma verilən açıqlamalar nə olursa-olsun, Həcc ibadəti zamanı baş verən qəzalar bizi işlərimizi daha etibarlı həyata keçirməyimizin vacib olduğunu ortaya qoyur". "Report"un məlumatına görə, bu açıqlamanı Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməz verib. 

O bildirib ki, milyonlarla insanın ibadətini daha təhlükəsiz həyata keçirməsi üçün intensiv danışıqların aparılmasına ehtiyac var.

M.Görməz gələn il Həcc ibadəti ilə bağlı Səudiyyə Ərəbistanı ilə aparacaqları danışıqlarda, xüsusilə Kəbənin hər tərəfində təcili yardım xidməti göstərə biləcək həkim briqadalarının yaradılması məsələsini yenidən gündəmə gətirəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu il Məkkədə baş verən qəzada ölənlərdən 8 nəfəri Türkiyə vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi