Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib Vatikanla QMİ arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə olunub
Din
3 Aprel , 2015 16:43
Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Seyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən Şeyxülislam A.Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete iştirak edib.

Son xəbərlər

Orphus sistemi