Şeyxülislam Allahşükür Paşazadə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı ilə təltif olunub

Şeyxülislam Allahşükür Paşazadə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı ilə təltif olunub Ufa şəhərində beynəlxalq konfrans oktyabrın 23-dək davam edəcək
Din
22 Oktyabr , 2015 15:16
Şeyxülislam Allahşükür Paşazadə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı ilə təltif olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri" mövzusunda VIII beynəlxalq elmi-praktik konfransın işində iştirak edib. Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Konfransın gedişində QMİ sədri A.Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı - "Əl-İzzət — Şərəf, Şöhrət və Ləyaqət" ordeni ilə təltif olunduğu barədə fərman elan edilib. Orden QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadəyə "İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə" təqdim edilib.

Ordeni və xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, baş müfti Talqat Tacuddin təqdim edib.

Ufa şəhərində beynəlxalq konfrans oktyabrın 23-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi