Şeyxülislam Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə görüşüb Faydalı müzakirə və məşvərət edilib
Din
17 Fevral , 2015 18:13
Şeyxülislam Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə görüşüb
Report

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

QMİ-də keçirilən görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, müsəlman dini icmaları ilə əlaqələrin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. 

Dini mərkəzin və Dövlət Komitəsinin sədrləri arasında ümumi maraq kəsb edən məsələlər ətrafında faydalı müzakirə və məşvərət edilib.

Son xəbərlər

Orphus sistemi