​QMİ sədrinin müavini: "İŞİD adı ilə vuruşanların böyük əksəriyyəti əcnəbilərdir"

​QMİ sədrinin müavini: "İŞİD adı ilə vuruşanların böyük əksəriyyəti əcnəbilərdir" "İslam dünyasını çökdürmək istəyənlər var"
Din
15 Fevral , 2016 17:42
​QMİ sədrinin müavini: İŞİD adı ilə vuruşanların böyük əksəriyyəti əcnəbilərdir

Bakı. 15 fevral. REPORT.AZ/ "İslam dünyasında böyük təlatümlər, vuruşmalar var, çoxlu qanlar axıdılır. İŞİD adı ilə vuruşanların böyük əksəriyyəti əcnəbilərdir. Amma onlar da "Allahu əkbər" deyir və baş kəsirlər. Bunları çəkib bütün dünyaya yaymaqla İslamı gözdən salırlar".

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli deyib.

Onun sözlərinə görə, qanlı səhnələrin yer aldığı görüntüləri yaymaqla "bir müsəlmanın digər müsəlmanının başını kəsdiyini" deməyə çalışırlar: "Guya müsəlmanın müsəlman başını kəsdiyini çəkib göstərirlər. Bütün dünyaya yayırlar ki, baxın, müsəlman müsəlmanın başını kəsir. Qadınları məhv edir, təcavüz edir. Bunlar hamısı onu göstərir ki, burada maraqlı üçüncü tərəf var. İki vuruşan tərəfin mütləq bir üçüncü tərəfi, qızışdıran tərəfi var ki, onlar da bu savaşdan faydalanan tərəfdir. Hədəf ərəb ölkələrində, müsəlman ölkələrində çaxnaşma yaratmaq, zəiflətməkdir. Türkiyədə baş verən hadisələrin ümumi mənzərəsinə baxın. İndi darmadağın olan şəhərlərdə insanlar əsrlər boyunca çox mehriban yaşayıblar. Nəyə görə indi alınmır? Demək ki, İslam dünyasını çökdürmək istəyənlər var. Allahu Təala "Quran"da buyurur ki, ey iman gətirənlər, Allahın qüdrət ipinə sarılın, ondan bərk yapışın və təfriqəyə yol verməyin. Bu, Allahın xəbərdarlığıdır.

Əgər biz müsəlman olaraq Allahın yolunu tutmuşuqsa, niyə təfriqəyə yol veririk? Düşmə təbliğatının, maddi-iqtisadi dayağının güclü olmasından istifadə etməklə təfriqə yaratmağa nail olur. İslam düşmənləri İslam əleyhinə çalışan qüvvələri silahlandırırlar". 

Son xəbərlər

Orphus sistemi