QMİ-nin tərtib etdiyi təqvimdə ilk dəfə Azərbaycanın bölgələri üçün ayrı azan vaxtı müəyyənləşdirilib

QMİ-nin tərtib etdiyi təqvimdə ilk dəfə Azərbaycanın bölgələri üçün ayrı azan vaxtı müəyyənləşdirilib Qafqaz Müsəlmanları İdarəsi 1437-ci (hicri-qəməri) ilin təqvimini elmi şəkildə əsaslandırılmış qaydada tərtib edib
Din
13 Oktyabr , 2015 11:43
QMİ-nin tərtib etdiyi təqvimdə ilk dəfə Azərbaycanın bölgələri üçün ayrı azan vaxtı müəyyənləşdirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 1437-ci (hicri-qəməri) ilin təqvimini elmi şəkildə əsaslandırılmış qaydada tərtib edib. “Report”un xəbərinə görə, bu barədə QMİ sədi Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.

O bildirib ki, builki təqvim yeni formatda tərtib olunub. Ölkənin bölgələrində azanın səsləndirilməsi üçün ayrı, Bakı üçün ayrı dəqiq vaxt müəyyənləşdirilib: “İlk dəfədir ki, bölgələr üçün azan vaxtı müəyyən olunub. Hətta Sumqayıt şəhəri üçün ayrıca azan vaxtı təyin edilib”.

Son xəbərlər

Orphus sistemi