Bakı. 27 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMI) Qazılar Şurası yanında Etika Komissiyasının ilk iclası keçirilib.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin sədrliyi ilə keçirilən toplantıda Etika Komissiyasına daxil olan müraciətlərə baxılıb, müxtəlif məsələlərlə bağlı müzakirələr aparılıb.
İclasın sonunda Etika Komissiyası müzakirə olunan məsələlərlə bağlı qərarlar qəbul edib və tövsiyələrini verib.
Qeyd edək ki, bir müddət əvvəl qurumda keçirilən toplantıda QMİ sədri Allahşükür Paşazadə axundlarına fəaliyyətinə nəzarət, eləcə də yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlı QMİ-də Etika Komissiyası yaradılacağını açıqlamışdı.