"Qardaşcasına 1 fincan çay içək" - Parisdə müsəlmanların kütləvi kampaniyası

"Qardaşcasına 1 fincan çay içək" - Parisdə müsəlmanların kütləvi kampaniyası Fransa müsəlmanları ekstremistlərin İslam dini barədə yanlış fikirlər formalaşdırdığı bildirir
Din
10 Yanvar , 2016 18:28
Qardaşcasına 1 fincan çay içək - Parisdə müsəlmanların kütləvi kampaniyası

Bakı. 10 yanvar. REPORT.AZ/ Fransada yüzlərlə məscid əhalini İslam mədəniyyəti barədə məlumatlandırmaq məqsədi ilə kampanya keçirir.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Fransa müsəlmanları ekstremistlərin İslam dini barədə yanlış fikirlər formalaşdırdığı bildirir.

Fransadakı 2 500 məscidin hamısı "Qardaşcasına 1 fincan çay içək" kampaniyasında iştirak etməsə də Parisin Böyük Məscidi də daxil olmaqla ən böyük məscidlər öz qapılarını "ictimaiyyətə açıq" elan edib. Kampanya Fransa Müsəlman İnancı Şurasının təşəbbüsü ilə keçirilir.

Şura rəhbəri Anar Kbibeç jurnalistlərə açıqlamasında bildirib ki, fərqli dinlərə mənsub insanlar müsəlmanlarla turlara, seminarlara və müzakirələrdə iştirak edə bilər və beliklə inanclarını daha yaxından tanıya bilər. 

Son xəbərlər

Orphus sistemi