​Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edib

​Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edib Səfər çərçivəsində QMİ sədri Sankt-Peterburq şəhərində də olacaq
Din
24 Sentyabr , 2014 17:25
​Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirillin dəvəti ilə Rusiyaya səfər edib.

Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, MDB Dinlərarası Şurasının həmsədrləri olan patriarx Kirillə Allahşükür Paşazadənin görüşü sentyabrın 26-da keçiriləcək.

Səfər çərçivəsində QMİ sədri Sankt-Peterburq şəhərində də olacaq.

Son xəbərlər

Orphus sistemi