​Bu il Naxçıvanda məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb

​Bu il Naxçıvanda məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb Qadınlar üçün təşkil edilən kurslarda 150 qadın iştirak edib
Din
30 Dekabr , 2015 09:48
​Bu il Naxçıvanda məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

"Report" xəbər verir ki, iclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, komissiyanın sədri Mirhəşim Seyidov açıb.

O bildirib ki, Naxçıvanda islami dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır: "Muxtar respublika ərazisində müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.

Komissiya tərəfindən dini icmaların iştirakı ilə sağlam dini mühitin formalaşdırılması, dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında sayıqlığın artırılması istiqamətində silsilə xarakterli tədbirlər keçirilib. Əvvəlki illər də daxil olmaqla bu günədək qeydiyyatdan keçmiş 680 din xadiminin hər birinə pulsuz olaraq komissiya tərəfindən iki dəstdən ibarət yay və qış geyim forması verilib, din xadimlərinin dini və yas mərasimlərində geyim formalarına əməl etmələri nəzarətdə saxlanılıb".

Komissiya sədri bildirib ki, 2015-ci ildə dini biliklərin artırılması məqsədilə şəhər və rayonlarda təşkil olunan təkmilləşdirmə kurslarında Naxçıvan şəhəri üzrə 25, Culfa rayonu üzrə 29, Şərur rayonu üzrə 65 və Sədərək rayonu üzrə 18 olmaqla, ümumilikdə, 137 din xadimi iştirak edib.

Qadınlar üçün təşkil edilən kurslarda 150 qadın iştirak edib.

O deyib ki, muxtar respublika ərazisinə dini təyinatlı ədəbiyyatların gətirilməsi və satışı nəzarətdə saxlanılıb, məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb: "500 ədəd "İslam dininin əsasları" adlı vəsait hazırlanaraq din xadimlərinə paylanılıb". 

Son xəbərlər

Orphus sistemi