​Mübariz Qurbanlı: “Azərbaycanda bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb”

​Mübariz Qurbanlı: “Azərbaycanda bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb” DQİDK sədri Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib
Din
28 Oktyabr , 2014 14:53
​Mübariz Qurbanlı: “Azərbaycanda bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb”
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib. Bu barədə “Report”a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Mübariz Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı “Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir: “Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir”.

Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub: “Biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq”.

Son xəbərlər

Orphus sistemi