Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib Dövlət Komitəsinin sədri deyib ki, “Yehovanın şahidləri” Azərbaycanda yenidən dövlət qeydiyyatından keçməyib
Din
14 Sentyabr , 2016 17:03
Mübariz Qurbanlı Yehovanın Şahidləri Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzmanı qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. 

O bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Ölkə əhalisinin 96 faizinin İslam dininə mənsub olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu vurğulayıb. O, ölkədə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

M.Qurbanlı Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradıldığını, “Yehovanın şahidləri”nin də Azərbaycanda icmasının olduğunu, lakin yenidən dövlət qeydiyyatından keçmədiyini onların diqqətinə çatdırıb.

Görüş zamanı qonaqlar assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Onlar bildiriblər ki, assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi