​Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

​Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur
Din
23 Sentyabr , 2015 11:11
​Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astara rayonunda Lerik, Lənkəran, Astara rayon sakinlərini qəbul edəcək. Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul Astara şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 b) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi