Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfirini qəbul edib Vladimir Doroxin: "Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir"
Din
17 Noyabr , 2014 18:21
Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib. Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.

Səfir Vladimir Doroxin qeyd edib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir. O, iki ölkə arasında dini sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. 

Son xəbərlər

Orphus sistemi