​Mübariz Qurbanlı: “Radikalizm təkcə İslam dininə aid edilməməlidir”

​Mübariz Qurbanlı: “Radikalizm təkcə İslam dininə aid edilməməlidir” Komitə sədri təklif edib ki, ATƏT hər il tolerantlıq üzrə şəhər müsabiqələri keçirsin
Din
17 Noyabr , 2014 11:48
​Mübariz Qurbanlı: “Radikalizm təkcə İslam dininə aid edilməməlidir”

Bakı. 17 noyabr. REPORT.AZ/ “Əslində, bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə bu gün tolerantlığı təşviq etmək ən mühüm çağrışlardan biridir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransdakı çıxışında deyib. O bildirib ki, hazırda dünyanın 30 ölkəsində müxtəlif zəmində müharibə və toqquşmalar davam edir. Onların 12-si dini zəmindədir: “Dini torleantlıq dedikdə bu, yalnız dinlərarası yox, dinlər daxili məsələlərə də aid edilməldir. Dinlər daxilində radikalizm, ekstemizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslam dininə aid edilməməlidir. Bu özünü xristianlıq, buddizmdə də göstərir”.

Komitə sədri vurğulayıb ki, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: “Biz kiçilən dünyada tolerantlığı daha geniş təşviq etməliyik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda tolerantlıq vətəndaşlarımız üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvini ilə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır”.

M.Qurbanlı təklif edib ki, ATƏT hər il tolerantlıq üzrə şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın: “Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq”.

Son xəbərlər

Orphus sistemi