Bakı. 21 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Görüş zamanı Təyyar Altıkulac Azərbaycana bağlılığından danışaraq Bakıya etdiyi səfərləri, ulu öndər
Qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. O, Azərbaycanın iqtisadi inkişafından, dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib, bunlara hər zaman sevindiyini bildirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Təyyar Altıkulac Türkiyə Dəyanət İşləri başqanı olduğu dönəmdən Azərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din səhəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri vardır. Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı islam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan islamafobiya prosesləri, islam dini altında radikal cərəyanların yayılması və islamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, islam dinin əsl mahiyyətini, onun terror dini deyil, sülh və barış dini olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq vacibdir.