​Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub

​Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub Komitə sədri: "Din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir"
Din
27 Noyabr , 2014 18:40
​Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub. Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə keçirilən görüşdə Komitə sədri Avropa Yəhudilərinin sinaqoqu və dini icmanın fəaliyyəti ilə tanış olub. Dini icmanın fəaliyyəti haqqında məlumat verən icma sədri Gennadi Zelmanoviç həm Dövlət Komitəsi, həm də hökumət tərəfindən dini icmaya göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. İcma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

Dövlət Komitəsinin sədri dinə dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Azərbaycanda insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır.

Son xəbərlər

Orphus sistemi