Bakı. 27 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 1-də Ağdaş rayonunda keçirilən qəbulda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinləri iştirak edə biləcəklər.
Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula iştirak etmək istəyən vətəndaşlar Komitənin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.