Azərbaycandakı məscidlərdə Heydər Əliyevin xatirəsinə ehsan mərasimləri keçirilib

Azərbaycandakı məscidlərdə Heydər Əliyevin xatirəsinə ehsan mərasimləri keçirilib QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri olub
Din
12 Dekabr , 2014 15:58
Azərbaycandakı məscidlərdə Heydər Əliyevin xatirəsinə ehsan mərasimləri keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevi anım günündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyində olan məscidlərin hamısında ümummilli liderin xatirəsi yad edilib. Mərhumun ruhuna dualar edilib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulanıb. Dindarlar bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar ediblər.

Mərhumun əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib. Eyni zamanda QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri keçirilib.

Son xəbərlər

Orphus sistemi