​Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib

​Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib Səudiyyə Ərəbistanı zəvvarlar qəbulunu başa çatdırıb
Din
21 Sentyabr , 2015 08:00
​Məkkəyə Həcc ziyarətinə 1,3 milyondan çox zəvvar gedib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı bu il Həcc əməllərində iştirak edəcək zəvvarların qəbulunu başa çatdırıb. Məkkəyə gələn müsəlmanların sayı 1,3 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasport Nəzarət Xidmətinin baş direktoru Əbdül Əziz əl-Yəhyaya istinadən RİA “Novosti” məlumat yayıb.

O qeyd edib ki, Məkkəyə toplaşan zəvvarların ümumi sayından 49 min nəfəri yerüstü və su nəqliyyatından istifadə edib, digərləri müqəddəs şəhərə müntəzəm aviareyslərlə gəliblər.

Son xəbərlər

Orphus sistemi