​Masallıda “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

​Masallıda “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib Dindarlar dövlətlə vəhdətə çağırılıb, cəmiyyətimizdə və dinimizdə bölücülük mövqeyi pislənilib
Din
27 Yanvar , 2016 18:20
​Masallıda “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə rayonun dini icma rəhbərləri və dindarları ilə bərabər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov seminar-müşavirə iştirakçılarına bölgədəki dini durum haqqında geniş məlumat verərək bildirib ki, bölgədə on bir millətin və müxtəlif dinlərin nümayəndəsi yaşayır. O, regiondakı dini sahədə görülən işlərdən və bəzi nöqsanlardan, radikalizmlə mübarizənin indiki vəziyyətdə vacibliyindən danışıb.

Sonra DQİDK sədrinin birinci müavini Səyyad Salahlı mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, çıxışında son vaxtlar dünyada baş verən dövlət-din münasibətlərinə təhlil verərək, xüsusən də İslam ölkələrində baş verən hadisələri Azərbaycandakı din-dövlət modelindən və multikultural dəyərlərdən, onların sıx əlaqələrindən danışıb. Bölgədəki dini durumu və nüfuzlu din xadimlərinin fəaliyyətini yüksək qiymətləndirən Səyyad Salahlı Masallı ağsaqqallarına və dindarlarına gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həmçinin, radikal dini təsirlərdən qorunmasında daha fəal olmalarını tövsiyə edib.

Tədbirdə çıxış edən QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov bu tədbirin əhəmiyyətindən danışaraq gündəmdə olan mövzunun aktuallığını nəzərə alıb Masallı rayonunda bu mövzu ətrafında keçirilən tədbiri yüksək qiymətləndirib. O, dindarları dövlətlə vəhdətə çağıraraq, cəmiyyətimizdə və dinimizdə bölücülük mövqeyini pisləyib.

Tədbirdə həmçinin Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzizov, Aşurlu kənd məscidi dini icmasının üzvü Həmdulla Ağayev və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi