​Londonda məscidi yandırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

​Londonda məscidi yandırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb 14 və 16 yaşlı yeniyetmələr istintaq orqanlarına təhvil verilib
Din
27 Sentyabr , 2015 21:12
​Londonda məscidi yandırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Londonda "Beytül-Fütuh" məscidini yandırmaqda şübhəli bilinən 14 və 16 yaşlı iki britaniyalı yeniyetmə saxlanılıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, hazırda şübhəli şəxslər dindirilmək üçün istintaq orqanlarına təhvil verilib.

Qərbi Avropanın ən böyük məscidində yanğın sentyabrın 26-da baş verib. Yanğının söndürülməsinə 70 yanğınsöndürən cəlb olunub. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib.

2003-cü ildə inşa olunan "Beytül Fütuh" məscidi 10 min nəfərə yaxın tutuma malikdir və 21 min kv.m sahəni əhatə edir.

Son xəbərlər

Orphus sistemi