​Lerikin Gürdəsər kəndində İslamda ailə quruluşu və övlad tərbiyəsi müzakirə olunub

​Lerikin Gürdəsər kəndində İslamda ailə quruluşu və övlad tərbiyəsi müzakirə olunub Tədbir Dövlət Komitəsinin dəstəyi ilə keçirilib
Din
15 Mart , 2016 14:58
​Lerikin Gürdəsər kəndində İslamda ailə quruluşu və övlad tərbiyəsi müzakirə olunub

Bakı. 15 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonunun Gürdəsər kənd məscidi dini icması tərəfindən "Dini radikalizmə qarşı mübarizə yolları və milli-mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində “İslamda ailə quruluşu və övlad tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rafiq Kişiyev bildirib ki, İslam dinində ailədə övladların düzgün tərbiyəsi ictimaiyyətin ən zəruri və mühüm məsələlərindən biridir: "Əgər tərbiyə düzgün istiqamətdə aparılmazsa, bu vaxt həm ailə, həm cəmiyyət, həm də fərdin özü gələcək təhlükələrdən yan dura bilməyəcək.

Tədbirdə Gürdəsər kənd sakini, tarix müəllimi Güloğlan Ağayev "İslam və ailə münasibətləri", din xadimi Emil Əzizov "İslamda insan amili" mövzularında məruzələrlə çıxış edərək İslam dininin ailə və uşaq tərbiyəsinə verdiyi önəmdən, dəyərlərdən bəhs ediblər.

Son xəbərlər

Orphus sistemi