Lerik və Göyçayda dini mövzuda maarifləndirici tədbir keçirilib

Lerik və Göyçayda dini mövzuda maarifləndirici tədbir keçirilib Dini radikalizmə qarşı mübarizə yolları müzakirə olunub
Din
9 Mart , 2016 21:19
Lerik və Göyçayda dini mövzuda maarifləndirici tədbir keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lerik rayonu Gürdəsər kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın Dini Qurumlarla İş üzrə şöbənin məsləhətçisi Əli Həziyev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşları, Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağamməd Abbasov və Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə daha bir tədbir Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində Göyçay şəhərində keçirilib. Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama əsasən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi