Komitə sədri Mübariz Qurbanlı vətəndaşların şikayətini dinləyib

Komitə sədri Mübariz Qurbanlı vətəndaşların şikayətini dinləyib Görüşdə dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparılıb
Din
16 Sentyabr , 2014 15:55
Komitə sədri Mübariz Qurbanlı vətəndaşların şikayətini dinləyib
Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib. Bu barədə Report-a DQDİDK-nin mətbuat xidmətindən bildirilib.

Qəbulda Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də iştark ediblər. DQİDK-nın sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib,  təkliflər barəsində birgə fikir mübadiləsi aparıb.

Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar. Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.

Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib. 

Son xəbərlər

Orphus sistemi