Komitənin sədr müavini: "Bəzi dini qruplar daxilində milli kimliyimiz dini kimliyimizə qarşı qoyulur"

Komitənin sədr müavini: "Bəzi dini qruplar daxilində milli kimliyimiz dini kimliyimizə qarşı qoyulur" "Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir"
Din
13 Aprel , 2016 12:14
Komitənin sədr müavini: Bəzi dini qruplar daxilində milli kimliyimiz dini kimliyimizə qarşı qoyulur

Bakı. 13 aprel. REPORT.AZ/ "Azərbaycanda bu gün dindarların sayının artması prosesi gedir. Bu proses müsbət tendensiya olsa da, getdikcə cəmiyyətdə bir sıra problemlərlə də qarşılaşırıq. Təəssüf ki, dindarların sayının artması prosesi nəticəsində bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimiz dini kimliyimizə qarşı qoyur". "Report"un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bəzi dini qruplar daxilində radikallıq meyilləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir: "Dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranması və bəzən qadın hüquqlarına qarşı çıxışlardır".
G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: "Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlanan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər".
O qeyd edib ki, bu gün adət-ənənələrimizin hamısı dindən qaynaqlanmır: "Adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslamda deyil. Səhv anlayışlar bizə səhv İslam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam islamı təbliğ etməklə radikalımzı, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq".

Son xəbərlər

Orphus sistemi