​Komitə sədrinin müavini: "Azərbaycanda qəbul edilən qanunlar bütövlükdə əqidə azadlığını təmin edir"

​Komitə sədrinin müavini: "Azərbaycanda qəbul edilən qanunlar bütövlükdə əqidə azadlığını təmin edir" Kürdəmirdə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib
Din
28 İyul , 2016 20:25
​Komitə sədrinin müavini: Azərbaycanda qəbul edilən qanunlar bütövlükdə əqidə azadlığını təmin edir

Bakı. 28 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, din xadimləri, təhsil və mədəniyyət işçiləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov Kürdəmir rayonunda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının mövzu ilə bağlı məruzəsi dinlənilib.

S.Salahlı bildirib ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir: "Dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır".

Son xəbərlər

Orphus sistemi