Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropolitini qəbul edib

Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropolitini qəbul edib Din sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Din
29 İyul , 2015 15:34
Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropolitini qəbul edib

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda digər sahələrdə olduğu kimi, din sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Son xəbərlər

Orphus sistemi