​Komitə sədri: "Azərbaycanda dini kadrların hazırlanmasında boşluqlar var"

​Komitə sədri: "Azərbaycanda dini kadrların hazırlanmasında boşluqlar var" "Din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır"
Din
3 İyun , 2015 14:31
​Komitə sədri: Azərbaycanda dini kadrların hazırlanmasında boşluqlar var

Bakı. 3 iyun. REPORT.AZ/ "Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır". "Report" un məlumatına görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir: "Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır".
M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var: "Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq. Din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır".
DQİDK-nın sədri onu da əlavə edib ki, din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır: "Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var".

Son xəbərlər

Orphus sistemi