Kamal Abdullayev Azərbaycan multikulturalizmini tədqiq edən jurnalistlərlə görüşüb

Kamal Abdullayev Azərbaycan multikulturalizmini tədqiq edən jurnalistlərlə görüşüb "BSU-da yaradılan “Azərbaycan multikulturalizmi” kafedrası Azərbaycanda ilk belə elmi-tədris təsisatıdır"
Din
5 Fevral , 2016 19:41
Kamal Abdullayev Azərbaycan multikulturalizmini tədqiq edən jurnalistlərlə görüşüb

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə “Azərbaycan multikulturalizmi” fənninin Azərbaycanın müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarında, eləcə də xarici ölkələrdəki ali məktəblərdə tədris edən müəllimlərin və Azərbaycan multikulturalizmini tədqiq edən araşdırmaçı-jurnalistlərin birgə görüşü keçirilib.

“Report” xəbər verir ki, tədbiri açan K.Abdullayev BSU-da yaradılan “Azərbaycan multikulturalizmi” kafedrasının Azərbaycanda ilk belə elmi-tədris təsisatı olduğunu bildirib.

O, kafedranın işinin daha yaxşı təşkili üçün müxtəlif modernləşdirmələrin, şuraların yaradılmasının vacib olduğunu bildirib.

K.Abdullayev görüşdə iştirak edən Azərbaycan multikulturalizminin müxtəlif aspektlərindən yazılarında bəhs edən jurnalistlərin “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlərlə daha yaxından tanış olmasını, onların arasında birgə əməkdaşlığın qurulmasının əhəmiyyətli təşəbbüs kimi dəyərləndirib.

Qeyd edək ki, “Azərbaycan multikulturalizmi” kafedarsının bazasında respublikanın bütün ali məktəblərində çalışan mütəxəssislərin potensialından daha səmərəli istifadə etmək, qabaqcıl təcrübəni öyrənmək, təhsil və elm sahələrinin əlaqəli fəaliyyətini təmin etmək üçün Nəzəri-praktik Şuranın, eləcə də Elmi-metodiki birləşmənin yaradılması haqqında qərar qəbul edilib.

Yaradılan qurumların fəaliyyəti 28 yerli və 13 xarici ölkə ali məktəblərində tədris olunan “Azərbaycan multikulturalizmi” və “Multikulturalizminə giriş” fənlərinin tədrisi prosesinin sinxronlaşdırılması və elmi-tədqiqat işlərinin koordinasıyası, bu sahə üzrə elmi-pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi