II İliya: Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur

II İliya: Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur "Terror və ya digər cinayətlər yalnız yolunu azmış, pis düşüncəli insanların öz əqidələrini ortaya qoymasıdır"
Din
16 Noyabr , 2015 04:24
II İliya: Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur

Bakı. 16 noyabr. REPORT.AZ/ İslam dininin Fransada baş verən terrorla, eləcə də Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılması ilə heç bir əlaqəsi yoxdur. Bu sözləri Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya noyabrın 14-də Müqəddəs Troitsa kilsəsində ibadət zamanı ruhanilərlə görüşdə deyib.

Patriarx bildirib ki, terroru, zorakılığı İslam dini ilə bağlamaq düzgün deyil. Terror və ya digər cinayətlər yalnız yolunu azmış, pis düşüncəli insanların öz əqidələrini ortaya qoymasıdır.

Dünyada xeyir və şər daim mübarizə aparıb və hər zaman xeyir qalib gəlib. Biz din xadimləri dua edirik ki, dünyada sülh olsun, sabitlik olsun, insanlar firavan yaşasınlar.

Son xəbərlər

Orphus sistemi