Azərbaycanda ibadət edən şəxslərlə bağlı statistika açıqlanıb

Azərbaycanda ibadət edən şəxslərlə bağlı statistika açıqlanıb "Azərbaycanda 2050 məscid var, onlardan 1600-ü fəaliyyət göstərir"
Din
17 Dekabr , 2014 12:02
Azərbaycanda ibadət edən şəxslərlə bağlı statistika açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 2050 məscid var, onlardan 1600-ü fəaliyyət göstərir. "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı QHT-lərə Dövlət Dəstəyi Şurasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda birgə təşkil edilən konfransda bildirib.

"Bəzən kimsə deyir ki, Azərbaycanda məscid çatmır. Bunların heç bir əsası yoxdur. Monitorinqlər göstərir ki, ölkədə 350-400 min vətəndaş məscidlərə daxil olub dini ayinləri icra edə bilərlər. Lakin hazırda Azərbaycanda, hətta bayram namazlarına belə gələnlərin sayı təxminən 150 min nəfər civarındadır. Amma bu heç də o demək deyil ki, Azərbaycanda namaz qılan insanlar azdır".

Son xəbərlər

Orphus sistemi