İranın tanınmış din xadimi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

İranın tanınmış din xadimi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO Şeyx Hüseyn Nuri Həmədani şəhidlərin ruhuna dualar oxuyub, daha sonra şəhərin mənzərəsinə baxıb
Din
31 Avqust , 2015 18:58
İranın tanınmış din xadimi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

"Report"un məlumatına görə, Şeyx Hüseyn Nuri Həmədani şəhidlərin ruhuna dualar oxuyub, daha sonra şəhərin mənzərəsinə baxıb.

Bundan sonra iranlı ayətullah Heydər və Bibi-Heybət məscidlərini ziyarət edəcək, sonra Təzə Pir məscidində namaz qılınacaq.

Şeyx Hüseyn Nuri Həmədaninin səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub. Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq. Səfər sentyabrın 4-də başa çatacaq.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi