​İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

​İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 16 aprel. REPORT.AZ/ “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13...
Din
16 Aprel , 2016 18:23
​İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.8.1-ci yarımbəndinə əsasən insan alveri cinayətlərinin baş verməsində Türkiyənin ölkəmiz üçün əsas təyinat ölkəsi olmasını nəzərə alaraq Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Miqrant Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin məsul heyəti ilə 15 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən "Report"a verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu görüşdə insan alveri və onun formalarına qarşı mübarizə üzrə beynəlxalq, xüsusən də ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri səmimi və işgüzar şəraitdə müzakirə edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi