Səyavuş Heydərov: "Dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir"

Səyavuş Heydərov: "Dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir" İcra başçısı: "Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir"
Din
15 Mart , 2016 20:36
Səyavuş Heydərov: Dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə milli-mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. O qeyd edib ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən, multikulturalizm ənənəsindən, müasir dünyada getdikcə güclənən dini radikalizm və onun fəsadlarından danışıb. Bildirib ki, aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı parçalamaq və gözdən salmaq üçün dini cərəyanlar yaradılıb. İslamı siyasiləşdirilməsinə və İslam dövlətləri daxilində qarışıqlıq yaradılmasına yönələn siyasət həyata keçirilir.

S.Heydərov bildirib ki, dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir. Ölkədə dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə təkcə dövlət, hüquq mühafizə orqanları deyil, hər bir ölkə vətəndaşı, xüsusən də din xadimləri fəal olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi