Səyyad Salahlı: ​"Heydər" məscidində mədrəsənin yaradılması istiqamətində işlər aparılır"

Səyyad Salahlı: ​"Heydər" məscidində mədrəsənin yaradılması istiqamətində işlər aparılır" Dövlət Komitəsi sədrinin birinci müavini: "Mədrəsnin yaradılması asan proses deyil"
Din
11 Fevral , 2016 09:21
Səyyad Salahlı: ​Heydər məscidində mədrəsənin yaradılması istiqamətində işlər aparılır

Bakı. 11 fevral. REPORT.AZ/ ""Heydər" məscidində mədrəsənin yaradılması istiqamətində təşkilati işlər həyata keçirilir".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı (Aran) bildirib.

O deyib ki, mədrəsəni qısa müddətdə yaratmaq və ora müdavimlər cəlb etmək asan proses deyil: "Təbii ki, müəyyən olunan məkan var və orada mədrəsə yaradıla bilər. Lakin bir çox təşkilati məsələlər həyata keçirilməlidir, müəllim heyəti müəyyənləşməlidir. Bütün bu proseslərdən sonra mədrəsə açıla bilər. Mədrəsənin nə zaman fəaliyyətə başlayacağını isə "Heydər" Məscid-Kompleksi İdarəsinin rəhbərliyi müəyyənləşdirəcək". 

Son xəbərlər

Orphus sistemi