Hesabat: Dövlət Komitəsinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib

Hesabat: Dövlət Komitəsinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ötənilki fəaliyyətinə həsr edilən hesabatı çap edilib
Din
12 May , 2016 14:11
Hesabat: Dövlət Komitəsinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib

Bakı. 12 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ötənilki fəaliyyətinə həsr edilən hesabatı çap edilib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Nəşr Dövlət Komitəsinin 2015-ci il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.

Nəşrdə ötən il Dövlət Komitəsinin əsas fəaliyyətinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, ölkədə dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə yönləndirildiyi və bu sahədə görülən işlər əksini tapıb.

Hesabatda qeyd edilib ki, Dövlət Komitəsinin ötən il ərzində fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib. Bu sahədə həyata keçirilən tədbirlər Silahlı Qüvvələr, hüquq-mühafizə orqanları, dini icmalar və dini təhsil müəssisələrini, orta, orta ixtisas və ali məktəbləri, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı əraziləri, cəzaçəkmə müəssisələrini əhatə edib.

Dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində qeydiyyata alınan dini icmalar, ölkəyə gətirilən və ya ölkədə çap olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə sahəsində çap edilən kitablar barədə məlumat, il ərzində baş tutan tədbirlər, görüşlər, xarici səfərlərlə bağlı fotoşəkillər də hesabatda yer alıb.

Son xəbərlər

Orphus sistemi