Həcc ziyarətində ölən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO

Həcc ziyarətində ölən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO Qubadlı rayonunun Dondarlı kənd sakini, məcburi köçkün Fəxrəddin Oruc oğlu Zeynallı Xırdalan şəhərində məskunlaşıbmış
Din
25 Sentyabr , 2015 10:25
Həcc ziyarətində ölən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub. "Report"un məlumatına görə, Qubadlı rayonunun Dondarlı kənd sakini, məcburi köçkün Fəxrəddin Oruc oğlu Zeynallı Xırdalan şəhərində məskunlaşıbmış.

Mərhum 1954-cü ildə anadan olub. 3 oğul və 1 qız atasıdır. F.Zeynallı su idarəsində işləyirmiş. 

F.Zeynallının yas mərasimi sentyabrın 29-da Sumqayıtda keçiriləcək.

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. 

Son xəbərlər

Orphus sistemi