Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə müsəlmanlarla görüşüb

Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə müsəlmanlarla görüşüb Giorgi Kvirikaşvili bütün müsəlmanları bayram münasibəti ilə təbrik edib
Din
11 Sentyabr , 2016 16:27
Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə müsəlmanlarla görüşüb

Tbilisi. 11 sentyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sentyabrın 11-də Qurban bayramı münasibəti ilə Tbilisinin paytaxtındakı məsciddə olub.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibəti ilə təbrik edib.

G.Kvirikaşvili bu günün paklıq, kimsəsizlərə, imkansızlara yardım bayramı olduğunu bildirib. O, Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlmanların rolunun böyük olduğunu və dövlətin bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

"Gürcüstan dövləti də sizin qayğınıza qalmalıdır və qalır", - deyə o əlavə edib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi