Göyçayda “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda konfrans keçirilib

Göyçayda “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda konfrans keçirilib Azərbaycanda multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi vurğulanıb
Din
26 Aprel , 2016 14:20
Göyçayda “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda konfrans keçirilib

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində “Qloballaşma dövründə tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Göyçay rayonu Qarayazı kənd məscidində təşkil olunan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qarayazı kənd inzibati ərazi dairəsi nümayəndəliyinin və bələdiyyəsinin əməkdaşları, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını diqqətə çatdırıb. Əzim Rəfiyev ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğu gerçəkliyini iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi