​Goranboyda “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

​Goranboyda “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib "Layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək"
Din
3 Mart , 2016 19:20
​Goranboyda “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Goranboy rayon Səfikürd və Tatarlı kənd məscidi dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” layihəsi çərçivəsində “Radikalizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Goranboy rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli, dini icmanın sədri Elnur Cəfərov, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Goranboy RİH-in İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nofəl Köçərli Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Goranboy rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Nofəl Köçərli bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi